Ana Sayfa > Karusel / Dünya > Bəhreyn vəliəhdi Baş nazirin İsrailə səfər etmək dəvətini qəbul edib
Bəhreyn vəliəhdi Baş nazirin İsrailə səfər etmək dəvətini qəbul edib16-02-2022, 07:20. Yazar: Admin |
Bəhreyn Krallığının vəliəhdi Salman bin Həməd Al Xəlifə İsrailin baş naziri Naftali Bennetin yəhudi dövlətinə səfər dəvətini qəbul edib. Qarabaginfo.az xəbər verir ki, bunu Manamada krallığın xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zayani bildirib. “Vəliəhd Bennettin İsrailə səfər etmək dəvətini qəbul etdi. İsrail Nazirlər Kabinetinin rəhbəri ilə danışıqlarda toxunulan mövzular arasında İranın nüvə proqramı və terrorizm olub”, - deyə o qeyd edib. Bundan əlavə, diplomat vurğulayıb ki, Bennettin krallığa səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün mühümdür. Qeyd edək ki, İsrailin Baş naziri Naftali Bennet ilk dəfə Bəhreynə rəsmi səfər edib. İsrail hökumətinin başçısı Bəhreyn Krallığının vəliəhdi Salman bin Həməd Al Xəlifə, Bəhreynin yəhudi icmasının rəhbərləri, ABŞ-ın Beşinci Donanmasının komandanı, vitse-admiral Bred Kuper və bir sıra digər nazirlərlə görüşüb. Geri dön |