Ana Sayfa > Karusel / Dünya > Avropa Məhkəməsi 2021-ci ilə dair statistikanı açıqlayıb
Avropa Məhkəməsi 2021-ci ilə dair statistikanı açıqlayıb16-02-2022, 07:15. Yazar: Admin |
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2021-ci ilə dair statistikanı açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, AİHM 2021-ci ildə 3131 iddia üzrə 1105 qərar elan edib. Ümumilikdə il ərzində 36 092 iddia nəzərdən keçirilib. Bu iddialardan bir qismi üzrə qərar verilib, digərləri ya icraata götürülüb, ya da baxılmaqdan imtina edilib. Baxılmış işlərin 25%-də Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə hüququ) pozulub. Konvensiyanın 2 və 3-cü maddələrinin (yaşamaq hüququ/alçaldıcı rəftar və işgəncənin qadağan edilməsi) pozulması eyni həcmdədir. 2021-ci ildə baxılmış işlərin 84%-də Konvensiyanın azı 1 maddəsinin tələblərinin pozulması təsbit edilib. Təsis edildiyi 1959-cu ildən indiyədək AİHM 24 511 qərar elan edib. Geri dön |