Ana Sayfa > Karusel / Gündəm > UEFA Ukrayna - Rusiya matçı ilə bağlı intizam işi açıb

UEFA Ukrayna - Rusiya matçı ilə bağlı intizam işi açıb


15-02-2022, 23:57. Yazar: Admin

UEFA Ukrayna - Rusiya matçı ilə bağlı intizam işi açıb

UEFA futzal üzrə Ukrayna və Rusiya yığmaları arasında keçirilmiş Avropa çempionatının yarımfinal oyunu (2:3) ilə bağlı intizam işi açıb.

Qarabaginfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna ukraynalı azarkeşlərin rəqib komandanın əleyhinə təhqiredici şüarlar səsləndirməsi səbəb olub.

Rusiya Futbol İttifaqının müraciətindən sonra Avropa futbol qurumu Ukrayna Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Niderlandda təşkil olunub. Həlledici görüşdə Rusiya millisinə qalib gələn Portuqaliya Avropa çempionu olub.


Geri dön