Ana Sayfa > Karusel / Gündəm > Ölkəmiz ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Ölkəmiz ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq


15-02-2022, 22:36. Yazar: Admin

Ölkəmiz ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsilolunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.


Geri dön