Ana Sayfa > Karusel / Gündəm > Lavrovla ABŞ-ın Dövlət katibi arasında telefon danışığı olub
Lavrovla ABŞ-ın Dövlət katibi arasında telefon danışığı olub15-02-2022, 22:28. Yazar: Admin |
Fevralın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Qarabaginfo.az-ın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Lavrov ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri kontekstində birgə işin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Rusiya XİN başçısı Vaşinqton və onun ən yaxın müttəfiqlərinin aqressiv ritorikasının yolverilməzliyini vurğulayaraq, təhlükəsizliyin bölünməzliyi prinsipini vurğulamaqla Rusiyanın qaldırdığı bütün məsələlər üzrə praqmatik dialoqa çağırıb. Lavrov və Blinken müxtəlif səviyyələrdə qarşıdakı təmasların qrafikini müzakirə ediblər. Geri dön |