Ana Sayfa > Karusel / Gündəm > Şolts: Ukraynada eskalasiyadan qaçmaq üçün mümkün olan hər bir şeyi etmək lazımdır

Şolts: Ukraynada eskalasiyadan qaçmaq üçün mümkün olan hər bir şeyi etmək lazımdır


15-02-2022, 21:28. Yazar: Admin

Almaniya kansleri Olaf Şolts

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Moskvada apardığı danışıqları müsbət qiymətləndirib.

Qarabaginfo.az-ın xəbərinə görə, kansler bunu alman mətbuatına müsahibəsi zamanı bildirib.

“Çox intensiv və etibarlı söhbət oldu. Görüşümüz dostluq şəraitində baş tutdu”, - deyə kansler əlavə edib.

“Bizim strategiyamız dəqiqdir – Ukraynaya qarşı hərbi təcavüz baş verərsə bunun ağır nəticələri olacaq. Eskalasiyadan qaçmaq üçün mümkün olan hər bir şeyi etmək lazımdır” – deyə Şolts vurğulayıb.


Geri dön