Ana Sayfa > Karusel / Gündəm > Blinkenlə Lavrov arasında telefon danışığı OLUB

Blinkenlə Lavrov arasında telefon danışığı OLUB


15-02-2022, 20:57. Yazar: Admin

Blinkenlə Lavrov arasında telefon danışığıOLUB

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb.

Bundan əvvəl fevralın 12-də ABŞ-ın təşəbbüsü ilə tərəflərin telefon danışığı baş tutub.

Yanvarın 26-da ABŞ və NATO Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavabları Rusiyaya təhvil verib. Amerika tərəfi bu sənədlərin mətnlərinin açıqlanmamasını istəyib, lakin dövlət katibi Blinken və NATO-nun baş katibi Yens Stoltenberq onların əsas müddəalarını sadalayıblar. Bu bəyanatlara görə, Qərb Rusiya üçün prinsipial güzəştə getməyib, əksinə, gələcək danışıqların istiqamətlərini müəyyən edib.


Geri dön