Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Dubayda Azərbaycan pavilyonunu bəyəndi

Ərdoğan Dubayda Azərbaycan pavilyonunu bəyəndi


15-02-2022, 20:41. Yazar: Admin

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib. Türkiyə prezidenti ziyarətdən sonra REAL TV-yə müsahibə verib.

“Azərbaycan pavilyonunda olduqca gözəl hazırlıq görülüb. Hələ Fərqanə və atasının (Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova) təqdimatı bizi çox duyğulandırdı. “Sarı gəlin”lə işi taclandırdılar. Qardaş can Azərbaycanın buradakı gözəl işləri bizim üçün də fəxrdir. Allah yar və yardımçıları olsun”, - Ərdoğan bildirib.


Geri dön