Ana Sayfa > Karusel / Siyasət > MN: Qanunsuz erməni silahlı dəstə üzvlərinin mühəndis işlərinin qarşısı alınıb

MN: Qanunsuz erməni silahlı dəstə üzvlərinin mühəndis işlərinin qarşısı alınıb


15-02-2022, 20:00. Yazar: Admin

Müdafiə Nazirliyi

"Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", deyə məlumatda bildirilib.


Geri dön