Ana Sayfa > Karusel / Gündəm > Gəncədə qonşusunu qətlə yetirən qadının istintaqı başa çatıb

Gəncədə qonşusunu qətlə yetirən qadının istintaqı başa çatıb


15-02-2022, 19:40. Yazar: Admin

Gəncədə qonşusunu qətlə yetirən qadının istintaqı başa çatıb

Gəncədə qətl törətməkdə təqsirləndirilən Məhəbbət Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Kəpəz rayonunda yerləşən, 38 saylı hərbi şəhərcikdə baş verib.

Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızı bıçaqla qətlə yetirilib.

Onun qonşusu, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı tərəfindən qətlə yetirildiyi bildirilib.


Geri dön