Ana Sayfa > Karusel / Gündəm > Aİ Dumanın separatçı “DXR” və “LXR”-i tanımaq çağırışını pisləyib
Aİ Dumanın separatçı “DXR” və “LXR”-i tanımaq çağırışını pisləyib15-02-2022, 19:00. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) Rusiya Dövlət Dumasının “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil qurumlar kimi tanınmasına dair Prezident Vladimir Putinə müraciət qəbul etməsini qəti şəkildə pisləyir. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter" hesabında bildirib. Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, bu tanınma Minsk razılaşmalarının açıq şəkildə pozulması olacaq. Xatırladaq ki, bu gün Rusiya Duması separatçı "DXR" və "LXR"-in tanınması üçün Putinə müraciət qəbul edib. Geri dön |