Ana Sayfa > Karusel / Siyasət > Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib


15-02-2022, 18:40. Yazar: Admin

Lavrov və Mirzoyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı aktual ikitərəfli və regional məsələlər, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası müzakirə edilib.

Eyni zamanda, KTMT çərçivəsində Ermənistanın sədrliyi nəzərə alınmaqla qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Təhlükəsizlik zəmanətləri üzrə davam edən danışıqlarla bağlı ətraflı müzakirə olunub. Avro-Atlantik məkanda bərabər və bölünməz təhlükəsizlik prinsiplərinin ardıcıl surətdə qorunmasının vacibliyi vurğulanıb.


Geri dön