Ana Sayfa > Karusel / Siyasət > DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO

DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO


15-02-2022, 18:00. Yazar: Admin

DSX hərbi hissəsində andiçmə mərasimi

 

Fevral ayının 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoq­ramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX heyəti sırasına daxil olduqları günün Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində ölkəmizin ərazi bütöv­lüyünün bərpa olunmasından sonra sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdiyini vurğulanıblar.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqa­mə­tin­də işlərin sürətlə davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiy­yətlər arzulan­ıb.

Karantin və sosial məsafə qaydalarına əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 


Geri dön