Ana Sayfa > Karusel / Gündəm > Tovuzda atasını güllələyən oğul həbs olundu

Tovuzda atasını güllələyən oğul həbs olundu


15-02-2022, 15:58. Yazar: Admin
Tovuzda atasını güllələyən oğul həbs olundu

 

Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

 


Geri dön