Ana Sayfa > Karusel / Gündəm > Rusiya separatçı rejimləri tanıyacaq? - Kremldən AÇIQLAMA

Rusiya separatçı rejimləri tanıyacaq? - Kremldən AÇIQLAMA


15-02-2022, 15:36. Yazar: Admin

"Rusiya Donbassın taleyi ilə məşğuldur, amma Moskva Minsk razılaşmalarına sadiq qalır".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Dövlət Duması tərəfindən separatçı “Luqansk və Donetsk Respublikaları”nın tanınması ilə bağlı Prezident Vladimir Putinə ünvanlanan müraciəti şərh edərkən bildirib.

 

“Xalqımız Donbasda baş verənlərə çox ağrılı reaksiya verir. Rusiya dəfələrlə Minsk tədbirlər paketinə sadiq qaldığını və bütün Minsk fəaliyyət planının orada nəzərdə tutulan ardıcıllıqla mümkün qədər tez həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib”, - Peskov deyib.


Geri dön