Ana Sayfa > Karusel / Dünya > Moskvada Lavrovla ATƏT sədri arasında danışıqlar keçirilir
Moskvada Lavrovla ATƏT sədri arasında danışıqlar keçirilir15-02-2022, 14:30. Yazar: Admin |
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau arasında danışıqlar keçirilir. Qarabaginfo.az xəbər verir ki, görüşdə Lavrov Polşanın ATƏT-ə pis vaxtda rəhbərlik etdiyini vurğulayıb. O, yığılıb qalmış problemlərin həlli ilə bağlı ümumi dil tapmağın mümkün olacağına ümid etdiyini bildirib. "Mənə elə gəlir ki, bu vəzifəyə başladığınız zaman verdiyiniz ideyalarınızda və Rusiyanın və onun həmfikirlərinin son illərdə ATƏT-ə töhfə verməsi ilə bağlı mülahizələrdə rasional nüans var. Biz bu gün ümid edirəm ki, polşalı həmkarlarımıza ATƏT-in sədri vəzifəsində müsbət nəticələr əldə etməkdə kömək etmək üçün ümumi dil tapmağa nail olacağıq”, - Rusiya XİN başçısı qeyd edib. Geri dön |