Ana Sayfa > Karusel / Region / Kriminal > 82 yaşlı qadın yuxuda qarət edildi

82 yaşlı qadın yuxuda qarət edildi


15-02-2022, 13:26. Yazar: Admin

Xızıda qoca qadını soydular - FOTO » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 

Göygöl rayonunda 82 yaşlı qadın qarət edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.


Geri dön