Ana Sayfa > Karusel / Gündəm > AMEA prezidenti Katibliyinin rəisi 30 sutka həbs olunub

AMEA prezidenti Katibliyinin rəisi 30 sutka həbs olunub


15-02-2022, 13:11. Yazar: Admin

Eldar Əmirov və Ramiz Mehdiyev

 

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Qarabaginfo.az Lent.az-a istinadən xəbərinə görə, ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.


Geri dön