Ana Sayfa > Karusel / Gündəm > Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək


15-02-2022, 12:29. Yazar: Admin

 

Fevralın 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri kimi Rusiyaya səfərə gələcək Polşanın xarici işlər naziri Zbiqnev Pay ilə danışıqlar aparacaq. Bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb.
Danışıqlarda "Ukraynanın şərqində, Qarabağda və Dnestryanı bölgədə münaqişələrin həllində” ATƏT-in dəstəyi, həmçinin təşkilatın Transqafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələrində vasitəçiliyi, Balkanlarda və Mərkəzi Asiyada fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.

Geri dön