Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti 100 dollara çatır
Azərbaycan nefti 100 dollara çatır15-02-2022, 10:43. Yazar: Admin |
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Qarabaginfo.az-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,95 ABŞ dolları və ya 0,96% artaraq 99,7 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. Geri dön |