Ana Sayfa > Karusel / Təhsil > Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub
Koronavirusa görə bağlanan daha bir məktəbdə əyani tədris bərpa olunub15-02-2022, 10:07. Yazar: Admin |
Bakıda koronavirusa görə bağlanan 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. Bu barədə Qarabaginfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin müəllim-şagird heyəti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. "Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - idarədən qeyd edilib. Geri dön |