Ana Sayfa > Karusel / Təhsil > “Biz fərqli deyilik“ adlı xeyriyyə tədbiri keçirilib
“Biz fərqli deyilik“ adlı xeyriyyə tədbiri keçirilib1-06-2019, 11:58. Yazar: Admin |
Bakı şəhər Uşaq Psixonevroloji Mərkəzində “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə təşkilatının təşəbbüsü ilə Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib. "Qarabaginfo" xəbər verir ki, tədbirdən öncə qonaqlara Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının əl işindən ibarət sərgi təqdim olunub. Sonra qonaqlara 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunan tədbirin mahiyyətindən danışılıb. Layihənin rəhbəri Aşura Hüseynova bildirilib ki, məqsəd Autizm,Daun sindromu,Serebral iflic və digər fiziki və əqli məhdudiyyətli uşaqları ziyarət edərək,onları əyləncəli proqramlarla sevindirmək, ziyarətə gələn öz yaşıdları ilə birgə onların asudə vaxt keçirməklərini təmin etməkdir.
Xatırladaq ki, tədbirdə tamaşaçılar tərəfindən sevilən televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran,Sosioloq Zəminə Səfərova,Əsa teatrının bədii rəhbəri Nihat Qulamzadə,ADA Universitetinin tələbələri ,Bakı Şəhər 245 saylı məktəbin şagird və müəllim kollektivi iştirak ediblər. Proqram 245 saylı məktəbin şagirdlərinin və Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının çıxışlarından ibarət musiqi və rəqs nömrələri ilə davam edib.
Geri dön |