Ana Sayfa > Karusel / Dünya > Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib

Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib


15-02-2022, 07:14. Yazar: Admin

Amerikalılara Belarusu dərhal tərk etmək tövsiyə edilib

ABŞ hakimiyyəti Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq vətəndaşlarına Belarusu və tanınmamış Dnestryanı ərazisini dərhal tərk etməyi tövsiyə edib.

Qarabaginfo.az xəbər verir ki, bu, Dövlət Departamentinin yaydığı bəyanatlarda yer alıb.

“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməli və ölkəyə səfər etməkdən çəkinməlidirlər”,-deyə qeyd olunub.

Digər bir bəyanatda isə amerikalılara Moldovaya səfər etməmək tövsiyə olunur. Bundan əlavə, izah edilir ki, Dnestryanıdakı ABŞ vətəndaşları dərhal bu ərazini tərk etməlidirlər.

Bütün bu bəyanatlara səbəb Rusiyanın Ukrayna ətrafındakı hərbi fəaliyyətidir.


Geri dön