Ana Sayfa > Karusel / Siyasət > BMT baş katibi Rusiya və Ukraynanın XİN başçıları ilə danışıqlar aparıb
BMT baş katibi Rusiya və Ukraynanın XİN başçıları ilə danışıqlar aparıb14-02-2022, 21:36. Yazar: Admin |
BMT baş katibi Antoniu Quttereş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda onlayn danışıqlar aparıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib. "BMT-nin baş katibi bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə videogörüş keçirib. Baş katib Ukrayna xarici işlər naziri ilə də çox qısa danışıb", - Düjarrik deyib. Onun sözlərinə görə, Quterreş bu gün həmçinin Ukrayna ilə bağlı açıqlama verəcək. Geri dön |