Ana Sayfa > Karusel / Gündəm > "Xəzər Lənkəran"ın italiyalı məşqçiyə 200 min dollardan çox borcu qalıb
"Xəzər Lənkəran"ın italiyalı məşqçiyə 200 min dollardan çox borcu qalıb14-02-2022, 20:35. Yazar: Admin |
"Klubun mənə 220 000 ABŞ dollarından çox borcu qalıb". Qarabaginfo.az bildirir ki, bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre deyib. İtaliyalı mütəxəssis bildirib ki, bu məbləğin yarısını güzəştə getməyə hazırdır: "Yetər ki, digər hissəsini qaytarsınlar. Amma açığı, buna inanmıram. Çünki klub çoxdan müflis olub". Melkiorre borc məsələsinə görə FIFA-ya müraciət etdiyini söyləyib: "Amma bu, çoxdan olub. Sadəcə, klub dağıldıqdan sonra həmin məsələ də bağlandı". Qeyd edək ki, Canni Melkiorre "Xəzər Lənkəran"la yanaşı, "Neftçi"də çalışıb. O, hazırda Türkiyənin "Alanyaspor" klubunda fəaliyyət göstərir. Geri dön |