Ana Sayfa > Karusel / Gündəm > Ümrə ziyarəti üçün müraciət edənlərin SAYI

Ümrə ziyarəti üçün müraciət edənlərin SAYI


14-02-2022, 17:53. Yazar: Admin

Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Ümrə ziyarətinə gedəcək növbəti qrupa daxil olmaq üçün 40-a qədər şəxs müraciət edib.

 

Hazırda Ümrə ziyarətlərinin təşkili üçün sənəd qəbulu davam edir.

 

Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 17-də təşkil olunması nəzərdə tutulub.

 

Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil edildiyi paketin qiyməti 1630 dollardır.


Geri dön