Ana Sayfa > Karusel / Gündəm > Rusiya çıxış yolunu danışıqlarda görür - LAVROV

Rusiya çıxış yolunu danışıqlarda görür - LAVROV


14-02-2022, 17:27. Yazar: Admin

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə yaşanan gərginliklə bağlı mühüm açıqlamalar verib.

 

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, Lavrov müharibə tərəfdarı olmadıqlarını bəyan edib:

 

“Biz irəliyə doğru yolu danışıqlar vasitəsilə görürük”.

 

Lavrov açıqlamasında "Aİ və NATO ilə daimi danışıqlar mümkün deyil, lakin hər zaman razılaşma şansı var, tövsiyələrimiz bütövlükdə nəzərə alınmalıdır", - deyə bildirib.

ABŞ-ın hərbi riski azaltmaq üçün təkliflər verdiyini, lakin Moskvanın təklifini nəzərə almadığını qeyd edən Rusiya xarici işlər naziri Putinin bütün Qərb ölkələrinə lazımi cavab verəcəyini bildirib.

 


Geri dön