Ana Sayfa > Karusel / Gündəm > İntihar edən tələbə depressiyada olub - RƏSMİ
İntihar edən tələbə depressiyada olub - RƏSMİ14-02-2022, 17:27. Yazar: Admin |
Dünən intihar edən 20 yaşlı tələbə haqqında rəsmi açıqlama verilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat katibi Bəhruz Nəzərov Modern.az-a danışarkən Adıyeva Xədicənin çalışqan tələbə olduğunu bildirib.
Onun sözlərinə görə, intihar edən qız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexantronika və robot mexanika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi olub:
"20 yaşlı Adıyeva Xədicə Yaşar qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib. Həmin 3-cü kurs 1-ci kursdan onlayn təhsilə keçdiyi üçün tələbəni daha yaxından tanımırdıq, ancaq tanıyan bir-iki müəllimi haqqında müsbət fikirlər söyləyirlər. Aldığı qiymətlərə baxsaq, çalışqan tələbə olub. Bu gün ailəsi ilə əlaqə saxladıq, acıları təzə olduğu üçün çox danışmadılar. Nə üçün intihar etdiyini isə hələlik bilmədiklərini dedilər".
Ailə üzvləri universitet rəsmisilə danışarkən, son bir ayda Xədicənin özünə qapandığını, depressiyada olduğunu bildiriblər.
Qeyd edək ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Geri dön |