Ana Sayfa > Karusel / Siyasət / İdman > İlham Əliyevdən dünya çempionatı ilə bağlı
İlham Əliyevdən dünya çempionatı ilə bağlı15-11-2017, 18:42. Yazar: Admin |
Prezident İlham Əliyev Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. “Qarabaginfo”nun məlumatına görə, velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Azad Rəhimov– Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fazil Məmmədov– Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Elmar Məmmədyarov– Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov– Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov– Azərbaycan Respublikasının fövqəladə hallar naziri Samir Şərifov– Azərbaycan Respublikasının maliyyə naziri Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Əbülfəs Qarayev– Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Oqtay Şirəliyev– Azərbaycan Respublikasının səhiyyə naziri Mikayıl Cabbarov– Azərbaycan Respublikasının təhsil naziri Aydın Əliyev- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Firudin Nəbiyev- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Elçin Quliyev– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti. Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.
Geri dön |