Ana Sayfa > Karusel / Dünya > Kiyevdə Ukrayna və Almaniya liderlərinin görüşü başlayıb

Kiyevdə Ukrayna və Almaniya liderlərinin görüşü başlayıb


14-02-2022, 16:13. Yazar: Admin

NATO-ya üzvlük Kiyevə problem yaradacaq

 

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında görüş başlayıb.

Görüşdə Ukrayna ətrafında yaranmış gərginlik müzakirə edilir.

Olaf Şoltsun Vladimir Zelenski ilə görüşdən bir gün sonra Moskvaya səfər edəcəyi və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.

Almaniya Kanslerinin ofisindən jurnalistlərə bildirilib ki, Olaf Şoltsun Moskvaya Kiyevdən uçması Ukrayna ilə həmrəylik və güclü dəstək siqnalı kimi anlaşılmalıdır.


Geri dön