Ana Sayfa > Karusel / Gündəm > DİN COVID pasportu olmayanlara xəbərdarlıq etdi: “Fevralın 15-dən etibarən...“

DİN COVID pasportu olmayanlara xəbərdarlıq etdi: “Fevralın 15-dən etibarən...“


14-02-2022, 15:43. Yazar: Admin
DİN COVID pasportu olmayanlara xəbərdarlıq etdi: “Fevralın 15-dən etibarən...“

 

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report”a açıqlamasında bildirib ki, COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlər həyata keçiriləcək.

"Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq", - o vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.


Geri dön