Ana Sayfa > Karusel / Gündəm > Paytaxtda mənzillər bahalaşır - QİYMƏTLƏR
Paytaxtda mənzillər bahalaşır - QİYMƏTLƏR14-02-2022, 15:32. Yazar: Admin |
Bakıda köhnə və yeni mənzillərin qiymətləri açıqlanıb. Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən, qiymətlərdə artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar ayında paytaxt üzrə mənzillərin kvadratmetrə görə orta qiyməti 1 408 manata bərabər olub. Əvvəlki ayla (2021-ci il, dekabr) müqayisədə qiymətlərdə 2,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisə isə 3,9 faiz artım qeydə alınıb. İlkin bazarda mənzillərin orta qiyməti 195 087 manat təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 10,2 faiz, illik müqayisədə isə 14,1 faiz artım müşahidə olunub. Paytaxtda aşağı dəyərli mənzillərin kvadratmetri 945 manatdan, orta dəyərli mənzillərin kvadratmetri 1 539 manatdan, yüksək dəyərli mənzillərin kvadratmetri isə ortalama 2 474 manatdan kirayə verilir. Yanvar ayında paytaxt üzrə təkrar bazarda mənzillərin kvadratmetrə görə orta qiyməti 1 636 manat olub. Aylıq müqayisədə qiymətlər 1,8 faiz artıb, illik müqayisədə isə 9,7 faiz azalıb. Təkrar mənzil bazarında mənzillərin orta qiyməti isə 141 101 manatı təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 1 faiz, illik müqayisədə isə 18 faiz azalma müşahidə olunub. Təkrar bazar üzrə paytaxtda aşağı dəyərli mənzillərin kvadratmetri 1 351 manatdan, orta dəyərli mənzillər 1 963 manatdan, yüksək dəyərli mənzillər isə ortalama 3 120 manatdan satışa çıxarılır. Geri dön |