Ana Sayfa > Karusel / Gündəm > Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb
Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb14-02-2022, 14:53. Yazar: Admin |
Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı. Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. O, Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edib. Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını qeyd edib. Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü vurğulayıb. Geri dön |