Ana Sayfa > Karusel / Dünya > Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb

Rusiya regionda vəziyyəti sabitləşdirmək üçün şərtini açıqlayıb


14-02-2022, 14:41. Yazar: Admin

Dmitri Peskov

 

Ukraynanın NATO-ya üzv olmaqdan imtinası vəziyyəti sabitləşdirmək üçün atılmış addım olardı.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Ukraynanın Böyük Britaniyadakı səfirinin ölkəsinin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlı sözlərini şərh edən Kreml sözçüsü Kiyevin NATO-ya üzv olmaqdan imtinasının vəziyyəti sabitləşdirmək üçün atılmış addım olacağını söyləyib.

Qeyd edək ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko müharibədən qaçmaq üçün Kiyevin NATO-ya üzv olmaq istəyindən imtina edə biləcəyinin mümkün olduğunu açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu sözlərin kontekstdən çıxarıldığını bildirib. Daha sonra Pristayko sözlərinin səhv başa düşüldüyünü söyləyib.(Apa)


Geri dön