Ana Sayfa > Karusel / Qarabağ > Laçının Minkənd kəndinə yeni elektrik xətti çəkilir

Laçının Minkənd kəndinə yeni elektrik xətti çəkilir


14-02-2022, 14:12. Yazar: Admin

Laçın rayonunun Minkənd kəndi - VİDEO
Güləbird yarımstansiyadan Laçın dəhlizindən keçməklə Laçının Minkənd kəndinə 35 kilovoltluq yeni elektrik xətti çəkilir.

Bunu Qarabaginfo.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir.

""Azərişıq" Güləbird yarımstansiyadan Laçının Minkənd kəndinə 35 kilovoltluq yeni xətt çəkir. Elektrik xətti Laçın dəhlizindən keçir. Hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir. İşlərin artıq 75%-i yerinə yetirilib", - deyə V. Mustafayev qeyd edib.


Geri dön