Ana Sayfa > Karusel / Gündəm > Pensiya alanların nəzərinə!

Pensiya alanların nəzərinə!


14-02-2022, 11:48. Yazar: Admin

 

Respublika üzrə pensiyaların fevralın 15-də tam ödənilərərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Qarabaginfo.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək:

"Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək".

 


Geri dön