Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Daha 2 məktəb əyani tədrisə qayıtdı
Ana Sayfa > Karusel / Təhsil > Daha 2 məktəb əyani tədrisə qayıtdı

Daha 2 məktəb əyani tədrisə qayıtdı


14-02-2022, 10:53. Yazar: Admin
Daha 2 məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 287 nömrəli "Zəkalar” liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə Qarabaginfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Geri dön