Ana Sayfa > Karusel / Dünya > Boris Conson Avropa liderləri ilə Ukrayna məsələsini müzakirə edəcək

Boris Conson Avropa liderləri ilə Ukrayna məsələsini müzakirə edəcək


14-02-2022, 07:22. Yazar: Admin

 

 

Boris Conson rus səfirin əlini havada qoydu

Böyük Britaniyanın baş naziri Boris Conson bu həftə Avropa liderləri ilə Ukraynaya kömək məsələsini müzakirə edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Baş nazirin dəftərxanası yayıb.

Məlumatda deyilir ki, Ukrayna sərhədindəki vəziyyət böhran həddinə çatıb. Əldə edilən məlumat Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyini göstərir. Bu baş verərsə, həm Ukrayna, həm də Rusiya üçün fəlakətlə nəticələnər. Lakin hələ ki diplomatiya və deeskalasiya üçün şans var və Baş nazir vəziyyətdən çıxış üçün müttəfiqlərlə birgə səy göstərəcək.


Geri dön