Ana Sayfa > Karusel / Dünya > Baydenlə Zelenski arasında telefon danışığı olub

Baydenlə Zelenski arasında telefon danışığı olub


13-02-2022, 22:06. Yazar: Admin

 

Baydenlə Zelenski arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, telefon danışığı Bakı vaxtı ilə saat 19:00-da başlayıb və 1 saata yaxın davam edib.

Daha əvvəl Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Bayden və Zelenski arasında danışıqların yaxın saatlarda baş tutacağını bildirib. Onun sözlərinə görə, iki ölkənin lideri danışıqlar zamanı “təhlükəsizlik vəziyyətini və gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri” müzakirə etmək niyyətində olublar.

Bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır - prezidentlər yanvarın əvvəlində və sonunda da telefon danışığı aparıblar.


Geri dön