Ana Sayfa > Karusel / Dünya > ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək
ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək13-02-2022, 20:51. Yazar: Admin |
ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə öz mandatını dayandırmadan yerinə yetirməyə davam edəcək. Qarabaginfo.az xəbər verir ki, bunu ATƏT-in baş katibi Helqa Şmid deyib. "Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram. Onlar öz mandatlarını fasiləsiz yerinə yetirməyə davam edəcəklər", - Şmid tviter səhifəsində vurğulayıb. Bundan əvvəl bəzi KİV-lər xəbər veriblər bir sıra ölkələr ATƏT müşahidəçilərini yenidən yerləşdirmək qərarına gəliblər.(Report) Geri dön |