Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Əmreyevlə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında paylaşım edib.
Qeyd olunub ki, tərəflər Türkiyənin təşkilata sədrlik etdiyi dövrdə türk dünyası üçün atılacaq addımları müzakirə edib.