Ana Sayfa > Karusel / Sosial > Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb13-02-2022, 12:20. Yazar: Admin |
Fevralın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq. Fevralın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Geri dön |