Ana Sayfa > Karusel / Kriminal > Bakı-Sumqayıt yolunda qəza - 24 yaşlı gənc öldü

Bakı-Sumqayıt yolunda qəza - 24 yaşlı gənc öldü


2-05-2019, 10:42. Yazar: Admin

Bakı-Sumqayıt yolunda qəza - 24 yaşlı gənc öldü

Dünən Bakı-Sumqayıt younun istismara verilməyən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabaginfo"nun məlumatına görə, sürücü 1959-cu il təvəllüdlü Dadanov Nurəddin üzü Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piayada 1995-ci il təvəllüdlü Nihad Əliyevi və 1999-cu il təvəllüdlü Elşən Cəfərzadəni avtomobilin qabaq tərəfi ilə vurub. İkinciyə müxtəlif bədən xəsarətləri yetirib, Nihad Nliyev isə aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb və ibtidai istintaq aparılır.


Geri dön