Ana Sayfa > Karusel / Dünya > Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb


13-02-2022, 08:36. Yazar: Admin

Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb

Kanada Ukraynada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda bu ölkədəki səfirliyinin işini dayandırıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Melani Coli şənbə günü yaydığı bəyanatda deyilir.

“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi ilə əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, Lvovda müvəqqəti nümayəndəlik təşkil edəcək və Kiyevdəki səfirliyin işini dayandırırıq”,- deyə XİN rəhbəri bildirib. Colinin sözlərinə görə, səfirliyin işi Ukraynadakı vəziyyət düzələndən sonra bərpa olunacaq.

Xarici işlər nazirinin sözlərinə görə, Ukraynada Kanada vətəndaşlarına konsulluq xidməti Lvovdakı müvəqqəti diplomatik nümayəndəlik tərəfindən həyata keçiriləcək.


Geri dön