Ana Sayfa > Karusel / Dünya > İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb
İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb12-02-2022, 22:45. Yazar: Admin |
İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb, Qarabaginfo.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır. “Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub. Bildirilir ki, nazirliyin baş direktoru Alon Uşpizin rəhbərliyi ilə XİN-də xüsusi böhran qrupu yaradılıb. Geri dön |