Ana Sayfa > Karusel / Dünya > Zelenski Makronla Ukraynadakı vəziyyəti müzakirə edib

Zelenski Makronla Ukraynadakı vəziyyəti müzakirə edib


12-02-2022, 22:06. Yazar: Admin

Zelenski ilə Şarl Mişel arasında telefon danışığı oldu

Ukrayna prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla Normandiya formatını və Donbass üzrə işçi qrupunu müzakirə etdiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Twitter” səhifəsində yazıb.

"Biz Emmanuel Makronla dialoqu davam etdirdik. Mən ona Ukraynaya səfərinə görə təşəkkür etdim. Biz “Normandiya dördlüyü” formatını, təhlükəsizliklə bağlı vəziyyəti və sülh prosesinin intensivləşdirilməsi yolları haqqında danışdıq. Mən Emmanuel Makronun gərginliyin azaldılması prosesində şəxsi iştirakını yüksək qiymətləndirirəm”, - deyə Zelenski qeyd edib.


Geri dön