Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb


1-05-2019, 13:46. Yazar: Admin

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.


Geri dön