Ana Sayfa > Karusel / Gündəm > “Rusiya Ukraynada Əfqanıstanda üzləşdiyindən daha böyük bəla ilə üzləşəcək“
“Rusiya Ukraynada Əfqanıstanda üzləşdiyindən daha böyük bəla ilə üzləşəcək“12-02-2022, 15:06. Yazar: Admin |
“Əvvəllər də demişəm, indi də təkrar edirəm ki, genişmiqyaslı müharibə olmayacaq. Bütün bu açıqlamalar və informasiya atışması da ona xidmət edir ki, bu müharibənin qarşısı alınsın”. Qarabaginfo.az-ın xəbərinə görə,bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib. O, Ukrayna böhranı ətrafında baş verən hadisələrə, eləcə də, Qərb mətbuatının iddia kimi ortaya atdığı “15 fevralda müharibənin başlayacağı” fikirlərə münasibət bildirib: "Rusiya öz mesajlarını təlimlər keçirməklə verir ki, mən kifayət qədər güclüyəm, mənimlə müharibə etməyə meylli olmayın və eyni zamanda, Qərb də göstərir ki, Ukrayna tək deyil və Ukraynaya təcavüz olunarsa, Rusiya yalnız Ukrayna ilə deyil, bütün dünya ilə üz-üzə qala bilər. Ona görə də, bu gərginliyin ardınca paralel olaraq Böyük Britaniyanın Müdafiə naziri, XİN rəhbəri və Fransa prezidenti Rsuiyaya səfər edərək, Rusiya ilə danışıqlar aparırlar. Hesab edirəm ki, yaxın vaxtlarda danışıqlar intensivləşəcək və iki tərəfdən biri geriyə addım atacaq. Onlar, baş verəcək və müharibəyə yol verməyəcəklər”. N. Şəfiyev düşünmür ki, Qərb Ukraynanı müharibəyə cəlb etmək istəyir: “Qərb, əsas mesajlarını Rusiyaya verir və Rusiyaya başa salmaq istəyir ki, geri çəkilməyəcək və Rusiya müharibə istəyərsə, nəticəsi pis olacaq. Amma bu müharibəni təkrar edim ki, nə Qərb, nə də Rusiya istəyir. Rusiya, uzaqbaşı Donbass ətrafında Krımdakı əməliyyata oxşar bir əməliyyat həyata keçirmək istəyər. Lakin son hadisələr onu göstərir ki, hadisələrin bu cür inkişafı mümkün deyil. Ukrayna da kifayət qədər hazırlaşıb müharibəyə, eləcə də, dünya da ona dəstək verir. Yəni bu müharibə başlayarsa, bu, genişmiqyaslı müharibə olacaq. Bu isə SSRİ üçün Əfqanıstan nə boyda bəla oldusa, Rusiya üçün də Ukrayna ilə müharibə aparmaq ondan 2-3 qat daha böyük bir bəla ola bilər”, - deyə politoloq fikirlərini tamamlayıb.
Geri dön |