Azərbaycan “TikTok” seqmentində rekord nəticə qeydə alınıb.
Qarabaginfo.az xəbər verir ki, Özbəkistandan olan bir “TikTok”erlə duelə çıxan “Nikosayağı” ləqəbli azəbaycanlı “TikTok”er Nicat Şakirli 25 000 izləyici olan yayımda rəqibini məğlub edib.
Yayım 10 milyon bəyənmə alıb və 3 milyondan çox jeton yığılıb. Bu jetonlar isə “TikTok”erə 7000 dollardan çox pul qazandırıb.
Bu pullar yerli “TikTok” izləyiciləri tərəfindən göndərilib. Ümumilikdə yayıma 14 000 dollardan çox pul xərclənib. Canlı yayımda Bayram Nurlu, Pərviz Bülbülə, Pərvin Abıyeva kimi məşhurlar hədiyyə dəstəyi verib.
Ən çox dəstək isə bayraktar ləqəbli bir istifadəçidən gəlib.
VİDEO-ya baxmaq üçün linkə basın!