Ana Sayfa > Karusel / Gündəm / Dünya > Blinken və Lavrov arasında telefon danışığı gözlənilir

Blinken və Lavrov arasında telefon danışığı gözlənilir


12-02-2022, 11:38. Yazar: Admin

Entoni Blinken, Sergey Lavrov

 

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı gözlənilir.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ficiyə səfəri çərçivəsində burada keçirdiyi mətbuat konfransında deyib.
Blinken bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışacağını deyib və əlavə edib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, Vaşinqton və onun müttəfiqləri tezliklə ciddi iqtisadi sanksiyalar tətbiq edəcəklər.
Blinken bildirib ki, əgər Rusiya Ukrayna böhranının diplomatiya yolu ilə həllində həqiqətən maraqlıdırsa, Vaşinqton öz rolunu oynamağa hazırdır.

Qeyd edək ki, bu gün ABŞ və Rusiya prezidentləri arasında da telefon danışığı olacaq.

Geri dön